Biz sizə Fiber Optik internet xidmətini təklif edirik. Xidmət fiber optik xətləri üzərindən təmin edilir. İstənilən fiziki şəxs “SkyNet”-ə müraciət etməklə, əhatə dairəsinə aid olan əraziyə keyfiyyətli və yüksək sürətli internet çəkdirə bilər.
Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə məhdud infrastrukturlu ərazilərdə Simsiz Rabitə şəbəkələri qurulmuşdur. Əhali və şirkətlər simsiz rabitə şəbəkələri vasitəsilə Simsiz telefon və yüksəksürətli Simsiz internet xidmətlərindən faydalanır.
Optik internet müştəriləri əlavə kabel çəkmədən, internet bağlantısı üzərindən yüzlərlə müxtəlif televiziya kanallarının izlməsinə imkan verən İP-TV xidmətindən faydalana bilərlər.
IP telefoniya, son vaxtlar sürətlə inkişaf edən rabitə vasitəsi olmuşdur. Müasir texnologiyaların inkişafı ünsiyyət qurmaq üçün gözəl imkanlar yaratmışdır. IP telefoniya IP protokolu istifadə edərək internet vasitəsilə telefon bağlantısıdır.
İnternet şəbəkənizdə və ya bizim verdiyimiz xidmət sahələrinə aid hər hansısa bir problem ilə üzləşərsəniz əməkdaşlarımız daim sizin xidmətinizdədir!